Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib.
Hazırda bölmələrimizin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur.
İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olunub.
Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə azan oxunub və Cümə namazı qılınıb.
-
Mövqelərimiz atəşə tutulub - Ordumuz cavab tədbirləri görür
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutulub
...
-
Ermənilərin canlı qüvvəsini daşıyan maşını belə məhv edildi - Video
...
-
Müdafiə Nazirliyi son vəziyyəti açıqladı
...
-
Üç şəhidimiz var - Adlar açıqlandı
...
-
XİN məlumat yaydı
...
-
Son əməliyyatdan sonra nəzarətimizə keçən iki kənddən - Görüntülər
...