Azərbaycan Premyer Liqasının oyunu koronavirusa görə təxirə salındı

02:48 21-11-2020 | icon 1789
Azərbaycan Premyer Liqasının oyunu koronavirusa görə təxirə salındı

Azərbaycan Premyer Liqasında X turunun “Sabah” – “Səbail” oyunu bu gün baş tutmayacaq.

Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, səbəb kimi bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəyi göstərilib.

Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, ötən tur "Sabah" - "Zirə" (0:1) oyunu da eyni səbəbdən vaxtında gerçəkləşməyib.


Digər xəbərlər

0.24294495582581