Mehdiyev və Kotsoyev bürünc medal qazandı
Azərbaycanın 2 cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə bürünc medal uğrunda görüşə çıxıblar.
90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev türkiyəli Mixael Zqankla, 100 kq-da Zelim Kotsoyev isə bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəliblər.
Hər iki cüdoçu rəqiblərinə qalib gələrək, bürünc medal qazanıblar.
Yeganə qadın cüdoçu İrina Kindzerska finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olacaq.
Qeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparır.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...