“Neftçi” və “Zirə” qələbə qazandı
Azərbaycan Premyer Liqasında X turun növbəti matçları keçirilib.
Ikinci oyun günü üçün 2 matç baş tutub.
Əvvəlcə "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. "Ağ-qaralar" səfər matçında böyük hesablı qələbə qazanıb - 4:1.
Günün digər qarşılaşmasında isə "Keşlə" "Zirə"nin qonağı olub. Qəsəbə təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək xalını 18-ə çatdırıb və lider "Qarabağ"a çatıb.
Ötən günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün sabah baş tutacaq.
Azərbaycan Premyer Liqası
X tur
22 noyabr (bazar)
14:00. “Qəbələ” – “Neftçi” - 1:4
Qollar: Yusif Nəbiyev, 60 - Anton Krivotsyuk, 38, 51, Namiq Ələsgərov, 57, Prins İbara, 90+3
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
16:00. “Zirə” – “Keşlə” - 3:1
Qollar: Dimitrios Çantakias, 33, Ağabala Ramazanov, 60, Klesio Bauk, 90+4 - Klesio Bauk, 74 (öz qapısına)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...