"Qarabağ"ın direktoru: "Sonuncu ev matçımız da Türkiyədə olacaq"
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə son ev oyunu da Türkiyədə keçiriləcək.
Bu barədə Ağdam təmsilçisinin direktoru Emrah Çelikəl məlumat verib.
O bildirib ki, qarşılaşma 90 faiz İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda gerçəkləşəcək: "UEFA-dan bizə məktub gəldi ki, hazırlığınızı ona uyğun görün. 10 faiz ehtimalla isə Bakıda keçirilə bilər. Amma bu, real görünmür. Hələ ki, qurumdan bizə tam rəsmi məktub gəlməyib".
Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” martçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ölkə çempionu II turda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduğu matçı da bu arena keçirib. "Köhlən atlar" IV turda Türkiyə "Sivasspor"unu da "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək.(report)
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...