Günün ulduz falı: 25 noyabr, 2020 - yarımçıq işi tamamlayın
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - problemlə qarşılaşacaqsınız. Mövqeyinizin sərt izharı dostlardan və ya yaxınlardan birinin xətrinə dəyə bilər. Fikir və istəklərin izharında ağır dövrdür. Naqolaylıqlar münasibətlərlə yanaşı, işdə də hiss olunacaq.
Buğa - maliyyə baxımından uğurlu gündür. Addım və qərarlarınızda qətiyyətli olun. İradəli olun, prioritetlərlə məqsədləri müəyyənləşdirin.
Əkizlər - gəlir şansları yaranır. Maliyyə vəsaitindən qənaətlə bəhrələnin, bədxərclik etməyin. Səhhətinizə fikir verin. Qəbul etməyə hazırlaşdığınız dərman preparatlarının istifadə müddətinə diqqət yetirin. Axşam saatları yağlı, "ağır" yemək yeməyin.
Xərçəng - yaxın ətrafınızda yeni simalar peyda olacaq. Baş verənləri anlamağa, dəyişikliklərə hazır olmağa çalışın. Yeniliklərin bəziləri əlverişli olmasa da, situasiyadan tam bəhrələnin.
Şir - məhsuldar dövrdür. İşlərdə və şəxsi həyatınızda keyfiyyətli dəyişikliklər başlaya bilər.
Qız - maliyyə itkiləri istisna deyil. Qüvvə və potensialınıza həddən ziyadə güvənərək düşünülməmiş addımlar atmayın. Eqoist və xudpəsənd açıqlamalar ümumi işin ziyanınadır.
Tərəzi - işgüzar aktivliyi artırın. Yaxşı tanımadığınız insanlarla əlaqələr qurun, onların imkanlarından bəhrələnməyə çalışın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.
Oxatan - yarımçıq işi tamamlayın. Yetərincə uğurlu, düşərli, əlverişli gündür. Maraqlarınız şəxsi həyat müstəvisində cəmləşməsin.
Oğlaq - Peşəkar fəaliyyət sahəsindəki proseslərdə ciddi dəyişikliklər istisna deyil. situasiya dəyişə bilər. Ailədəki problemin həlli ilə məşğul olun. Axşam saatları şəxsi münasibətlərdə harmoniya vəd edir.
Dolça - çətin, qarışıq, qarğaşalı gündür. Vurnuxmalar sizi çaşdırmasın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə hazır olun. Yalnız bu minvalla mənfi təmayüllərin öhdəsindən gələ bilərsiniz.
Balıqlar - hadisələrin inkişaf məcrasına təsir etməyin. Situasiyanı sürətlə dəyişmək cəhdləriniz uğursuzluğa düçar olacaq. Problemlər isə tam əksinə, daha da ağırlaşaraq ciddiləşəcək.(milli.az)
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...