“Sumqayıt” - “Qəbələ” oyunu koronavirusa görə təxirə salındı

01:41 28-11-2020 | icon 2271
“Sumqayıt” - “Qəbələ” oyunu koronavirusa görə təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

11-ci turun “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

 

Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.


Digər xəbərlər

0.25592517852783