İki gimnastımız finala yüksəldi

01:52 28-11-2020 | icon 2472
İki gimnastımız finala yüksəldi

Azərbaycan gimnastları Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə keçirilən bədii gimnastika üzrə 36-cı Avropa çempionatının finalına yüksəliblər.

Yarışma çərçivəsində onlar "gənclər" yaş kateqoriyasında fərdi proqramda gürzlər və lent ilə hərəkətlərdə çıxış ediblər.

 

Yarışmanın yekunu olaraq Nərmin Bayramova 20.675 xal toplayaraq lentlə hərəkət üzrə Avropa çempionatının final mərhələsinə çıxıb. Alina Gözəlova 22.000 xal toplayaraq gürzlərlə hərəkətlərdə çempionatın finalına yüksəlib.


Digər xəbərlər

0.2585928440094