“Qorotdel”də bu vəzifə ləğv olundu

16:10 28-11-2020 | icon 2782
“Qorotdel”də bu vəzifə ləğv olundu

Bakı şəhər Baş Polis İdarəsində Mətbuat xidməti vəzifəsi ləğv edilib.

Bundan öncə bu vəzifəni polis mayoru Elşad Hacıyev tuturdu. E.Hacıyev hazırda DİN Mətbuat xidmətinin şöbə rəisidir.

Bundan əlavə, Bakı şəhər BPİ tərəfindən 1993-cü ildə təsis edilən “Polis” qəzeti də fəaliyyətini dayandırıb.

 

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.


Digər xəbərlər

0.24979305267334