"Sumqayıt" - "Qəbələ" matçının vaxtı açıqlandı

16:16 28-11-2020 | icon 2355

Azərbaycan Premyer Liqasının XI turundan təxirə salınmış “Sumqayıt” – “Qəbələ” matçının tarixi bəlli olub.

Qarşılaşma noyabrın 30-da olacaq.

"Kapital Bank Arena"dakı görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın 27-də keçirilməli olan matç bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.


Digər xəbərlər

0.33328413963318