Günün ulduz falı: 29 noyabr, 2020 - bir işin xətrinə başqasından imtina edə bilərsiniz
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - qalmaqallara meylli insanlardan uzaq durun. Pozitiv dəyişikliklər tərəfdaşın aktivliyi, onların yeni ideyaları və təşəbbüsü ilə bağlı ola bilər. Onların qərarı əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.
Buğa - hadisələrin təbii axarı aktivliyinizi müəyyənləşdirməlidir. İstənilən iş üçün münbit gün olduğundan şəraitdən maksimum yararlanın. Mümkün çətinlikləri əvvəlcədən təxminləmək üçün intuisiyanızı işə salın.
Əkizlər - bilik və informasiya axtarışında, ünsiyyətdə sizi maraqlı hadisələr gözləyir. Günün ikinci yarısında yaşamınıza spontan daxil olan ünsürlərlə maraqlanın.
Xərçəng - prioritetlər az sonra özləri dəqiqləşəcək. Yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin. Yardım istəyənə dəstək olun. Məsləhətləriniz fayda verə bilər.
Şir - yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün əlverişli zamandır. Cari hadisələri anlamaq və yeni ideyalar formalaşdırmaqda sizə yardımçı ola biləcək insanlarla ünsiyyətdə olun.
Qız - şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Problemləri aşkarlayaraq onları aradan qaldırmağın yollarını düşünün. Hisslərdə romantika qıtlığı var. Mühüm qərarların qəbulunda məntiqli davranın.
Tərəzi - prioritetləri müəyyənləşdirin, yaxın perspektivdəki hadisələrin bəzilərini təxminləməyə çalışın. Resurslarınızı dəyərləndirin, onları artırmağın yollarını düşünün.
Oxatan - bir işin xətrinə başqasından imtina edə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla görüşün. Dostlarla ünsiyyətdə fayda var. Romantik münasibətlərdə məntiq az, iradlar çoxdur. Sevdiyiniz insanla münasibətlərinizi tarıma çəkməyin.
Oğlaq - rəqibləriniz mühüm məsələnin həllində axtarışlarda olanda siz onları üstələyə bilərsiniz. Günün ikinci yarısında çətinliklər mənfəətə çevriləcək.
Dolça - yaxın gələcəkdəki perspektivlər üçün fövqələdə dərəcədə mühüm gündür. Yaşanan saatlar istiqamətin dəyişməsi, kursun fərqli istiqamətə yönəlməsinə səbəb ola bilər.
Balıqlar - adətən görmədiyiniz işlər sizi gözləyir. Ağır, çətin gündür. Dəyişiklik, problemlərdən qurtuluş istəyi yaranır. Gərginlik artır. Planlar sizdən asılı olmayaraq dəyişə bilər.(milli.az)
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...