Hikmət Hacıyev Ağdamda "Qarabağ"la futbol oynadı
Ağdama səfər edən "Qarabağ" komandası "İmarət" stadionunda olub.
Klub nümayəndələri və futbolçular ermənilər tərəfindən dağıdılmış arenanın meydanında futbol oynayıblar.
Oyun iştirakçıları arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub. O topa ilk toxunuşu etdikdən sonra "Qarabağ"la birgə futbol oynayıb.
Stadionda komandanın qazandığı çempionluq kuboku da nümayiş etdirilib. Səfərə klubun vitse-prezidenti Tahir Gözəl də qatılıb.
Qeyd edək ki, "Qarabağ" Ağdam səfəri zamanı həmçinin Milli Qəhrəman və komandanın mərhum baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib və Cümə məscidində namaz qılıb.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...