Qurban Qurbanov "Qarabağ"ın Türkiyədəki matçında iştirak etməyəcək

08:02 02-12-2020 | icon 2496
Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi" (Təl-Əviv) komandası ilə oyun üçün Türkyənin İstanbul şəhərinə getməyəcək.

Bu barədə Azərbaycan təmsilçisinin direktoru Emrah Çəlikəl məlumat verib. O bildirib ki, 48 yaşlı mütəxəssisin vəziyyəti yaxşı olsa da, onun növbəti testi də müsbət çıxıb.

Çelikəl İsrail təmsilçisi ilə duelə komandanı Elçin Rəhmanovun çıxaracağını sözlərinə əlavə edib: "Hücumçu Musa Qurbanlının növbəti koronavirus testi neqativ çıxıb. Onun qarşılaşmada iştirakı gözlənilir".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Xatırladaq ki, Qurban Qurbanov səhhətindəki problemə görə ötən həftəsonu komanda ilə Ağdama səfər edə bilməyib. O, həmçinin "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri görüşü də buraxıb.


Digər xəbərlər

0.28074097633362