Mərkəzi Neftçilər Xəstəxanasının tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

12:48 03-02-2017 | icon 4572
Mərkəzi Neftçilər Xəstəxanasının tibb işçiləri əhaliyə nümunəvi xidmət göstərir

Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Mərkəzi Neftçilər Xəstəxanası də belə nümunəvi tibb müəsəssidir.Burada göstərilən tibbi xidmət buna bariz nümunədir. Azərbaycan prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir tibbi avadanlığı ilə təchiz olundu. Görülən işlər nəticəsində burada da xəstələrin yüksək səviyyədə müalicəsi, həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xəstəxananın baş həkimi Leyla xanım Seyidbəyli buraya baş həkim təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Bütün bu işlər baş həkimin təşəbbüsü ilə həyata keçirilib. Bunları biz də gözlərimizlə görmüşük. Buna görə baş həkimə, rəhbərliyə təşəkkür edənlərin çox şahidi olmuşuq. 

Bu yaxınlarda yenə də yolumu xəstəxanaya saldım. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, baş həkim Leyla xanımdan, xəstəxananın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Onu da əlavə etdilər ki, xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. 

Leyla xanım işlədiyi bu illər ərzində diqqətli həkim, səriştəli baş həkim kimi tanınmışdır.Yüzlərlə ailəyə sevinc bəxş etmiş və öz şəfalı əlini uzatmışdır. Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi də Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən baş həkimləri Leyla xanıma güvənir.

P.S. Çox təssüflər olsun ki,Leyla xanımın uğurlarını həzm edə
bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi
kütləvi informasiya vasitələri onun barəsində hədyan
informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq
adamı az qala mühakimə edən belə üzdəniraq media
mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan
ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü
tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların
uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri
könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki,
qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə,
tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm
xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.24021911621094