“1 milyon 500 min şagird var, bu qədər kompüter heç satışda yoxdur”
Ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Biz şagirdlərin hamısını kompüterlə təmin etsək belə, problem həll olunmayacaq. Əksinə daha ciddi problemlər yaranacaq”.
Bunu təhsil naziri Emin Əmrullayev dərslərin təşkilindəki problemlərdən danışarkən bildirib.
O qeyd edib ki, “1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyiblər. Ona görə də ictimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək.
Nazir həmçinin bildirib ki, kompüter çatışmazlığı, internetə çıxışın zəif olması, müəllimlərin onlayn dərs keçmə bacarıqları və elektron tədris resursları baxımından koronavirus pandemiyasına davamlı olaraq problematik tərəf və ya imkan kimi baxa bilərik.
“Biz birinci gündən başa düşürdük ki, kompüter və internet problemləri olacaq. Ona görə də teledərslər modelini seçdik. Ən yaxşı tərəf bu teledərslərlə bağlı oldu, ən bacarıqlı müəllimlər öz bilik və bacarıqlarını şagirdlərə çatdırır. Lakin burada da interaktivlik çatmır, şagirdlər sual verə bilmirlər. Biz Bakı və Sumqayıt kimi iri şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir”, - nazir bildirib.
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...
-
Bakı məktəblərində akademik Zərifə Əliyeva anılıb
...
-
Nöqsan və çatışmazlıqlara görə 18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarılıb
...
-
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır
...
-
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
...
-
Bu məktəblər distant təhsilə keçir
...
-
Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlandı
...
-
Stadionda “sınaq imtahanı” keçiriləcəyi barədə xəbər saxtadır - Açıqlama
...
-
Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı
...
-
İş yerini dəyişmək istəyən müəllimlərin diqqətinə!
...