"Qarabağ" ilk xalını qazandı
"Qarabağ" klubu UEFA Avropa Liqasında V tur matçına çıxıb. Azərbaycan təmsilçisi Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. İrlandiyalı referi Robert Hennessinin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Heyətdəki zədə və koronavirusa yoluxmalar üzündən "Qarabağ" oyuna itkilərlə çıxıb. Baş məşqçi Qurban Qurbanovun iştirak etmədiyi qarşılaşmada ehtiyat oyunçular skamyasında cəmi 6 futbolçu yer alıb ki, onlardan 2-si qapıçı olub.
Start heyətdə isə qolkiper Şahruddin Məhəmmədəliyevin önündə müdafiəçilərdən Elvin Cəfərquliyev solda, Kevin Medina və kapitan Qara Qarayev mərkəzdə, Donald Gerye sağda yer alıb. Yarımmüdafiənin mərkəzində İsmayıl İbrahimli və Uroş Matiç, onların önündə Filip Ozobiç,cinahlarda Abdullah Zubir və Xayme Romero çıxış edib. Mərkəz hücumçusu mövqeyi isə Ovusu Kvabenaya həvalə olunub.
Hesabı İsraildəki görüşdə olduğu kimi, yenə Yonahan Kohen açıb. O, 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Lakin bu, həmin matçdan fərqli olaraq, görüşdə vurulmuş yeganə qol olmayıb. 37-ci dəqiqədə Xayme Romero bərabərlik qolunu vurub.
Bununla da "Qarabağ" I qrupunda ilk xalını qazanıb.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...