"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı

15:23 05-12-2020 | icon 2684

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunun "Qəbələ" ilə matçının hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.

Daha 5 oyunçunun nəticəsi müsbət çıxıb.

Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.

Daha öncə virusa yoluxmuş Mahir Emreli və Abbas Hüseynov müalicələrini davam etdirir.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev isə müalicəsini tamamlayaraq Bakıya qayıdıb.


Digər xəbərlər

0.25896120071411