"Qarabağ" - "Qəbələ" matçı təxirə salındı

15:23 05-12-2020 | icon 2778

Dekabrın 6-na nəzərdə tutulan Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

Qarşılaşma Ağdam klubunun heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün baş tutmayacaq.

Bu isə deməkdir ki, ölkə çempionatında XII turun bütün qarşılaşmaları planlaşdırılan tarixdə keçirilməyəcək. Turun oynanılacağı vaxtla bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" oyunları eyni səbəbdən təxirə salınıb.


Digər xəbərlər

0.25539994239807