“ADY Express” Azərbaycanda istehsal olunan koksu nəql etməyə başlayıb
Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks artıq Çinə ixrac olunur.
Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti - “ADY Express” MMC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, şirkət həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir.
Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonraə dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.
İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27 000 ton koks-un daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15 742 ton yükün nəqli həyata keçirilib. Vaqon təminatı ADY və və “ADY Express"ə məxsusdur.
Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...