Ərdoğan “Başakşəhir”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi

03:59 09-12-2020 | icon 4553
Ərdoğan “Başakşəhir”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir" klubunun məşqçisi Pyer Veboya dəstək olub.

Türkiyəli liderin tvitter paylaşımında deyilir:

“Təmsilçimiz “Başakşehir”in texniki komandasından Pyer Veboya qarşı irqçi fikirləri qəti şəkildə pisləyir və UEFA tərəfindən lazımi addımların atılacağına inanıram. Biz idmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrı-seçkiliyə qeyd-şərtsiz qarşıyıq”.

 

Paylaşımda #Notoracism həştəqi də qoyulub.

Daha əvvəl “Qarabağ” da Pyer Veboya dəstək olub.

Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Fransada yerli PSJ ilə Türkiyənin “Başakşəhər” klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Buna oyunun 4-cü hakimi Sebastyan Kolteskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

 


Digər xəbərlər

0.32513689994812