Millimizin FİFA reytinqindəki mövqeyi dəyişmədi

01:32 11-12-2020 | icon 2339
Millimizin FİFA reytinqindəki mövqeyi dəyişmədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisinin siyahıdakı mövqeyi dəyişməyib.

Komandamız 1180 xalla 109-cu pillədə qərarlaşıb. 

Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 1662 xalla 5-ci yerdədir. 1495 xalı olan Serbiya 30-cu, 1456 xala malik İrlandiya isə 42-cidir. Lüksemburq seçməsi 1295 xalla digər rəqiblər kmi mövqeyini qoruyub və 98-ci pillədə qalıb.

1487 xala malik Türkiyə millisi 32-ci sıradadır.

Reytinqin ilk 3 pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.


Digər xəbərlər

0.27430415153503