Üçrəngli bayraq Bakı səmasında! - Fotolar

01:41 11-12-2020 | icon 2112
Üçrəngli bayraq Bakı səmasında! - Fotolar

 Bakıda Zəfər paradı keçirilib.

Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu keçirilib. 

“Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb.

 

Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrup səmada Azərbaycan bayrağının təsvirini yaradıb. 

 

 








Digər xəbərlər

0.23522305488586