Günün ulduz falı: 11 dekabr, 2020 - yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - peşəkar fəaliyyət prosesində yaranan problemlər və çətinliklər ilk baxışda göründüyü qədər ciddi deyil. Çətinliklərdən qorxmasanız, uğur əldə edəcəksiniz.
Buğa - yarısında alış-veriş zamanı bədxərclik etməyin. Əyləncəyə pul xərcləməyə dəyməz. Maliyyə itkiləri, cərimə, oğurluq istisna deyil. Kompüter və ya smartfon almaq üçün münasib gün deyil. Alsanız, onlar tezliklə sıradan çıxacaqlar.
Əkizlər - xoşagəlməz görüş, əhvalınızı poza biləcək planlaşdırılmamış vizit ola bilər. Günün ikinci yarısında gərəkli məlumatın alınması çətinləşir. Sənədləşdirmədə problemlər yaranır.
Xərçəng - praktiki düşüncədə olsanız, çətinliklərə rəğmən irəliləyəcəksiniz. Birgə fəaliyyətdənsə bu gün müstəqil işləmək daha üstündür. Belədə fikriniz daha az dağılacaq, daha məhsuldar çalışacaqsınız.
Şir - diqqət, səliqə, detallara fikir verilməsini tələb edən ciddi, mühüm işlə məşğul olun. Çətin situasiyaya düşən insanlara yardım edin. Praktiki dəstəkdə fayda var.
Qız - rəğbət bəslədiyiniz insanlarla belə təmaslarda müəyyən problemlər yaranır.
Günün ikinci yarısında bədbinləşməyin, ruhdan düşməyin. Müsbət təmayüllərin təsiri artacaq, əhvalınız yaxşılaşacaq.
Tərəzi - yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Onların problemlərini anlamaqda çətinlik çəkirsiniz. Ətrafınızdakı insanlar isə sizin hisslərinizi və addımlarınızın motivlərini anlaya bilmirlər.
Əqrəb - evdə kiçik anlaşılmazlıqlar yaransa da, yaxınlarınızla münaqişənin formalaşmasına imkan verməyin. Yaxınlarınız sizdən diqqət və qayğı gözləyirlər.
Oxatan - yaxşı, məhsuldar gündür. Ən müxtəlif tapşırıq və məsələlərin öhdəsindən gəlməyə, qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmağa çalışın. İşgüzar danışıqlar yaxşı nəticə verəcək.
Oğlaq - peşəkar fəaliyyətinizdə qarşınızda yeni üfüqlər açan anlaşma və ya sövdələşməyə nail olacaqsınız. Günün ikinci yarısında tərəfdaş və şəriklə intensiv məsləhətləşmələr aparmaq olar.
Dolça - xoş xəbərin alınması və ya son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.Ailə tədbiri, bayram yaxşı keçəcək. Qəfil hədiyyə ala bilərsiniz.
Balıqlar - münaqişələrdən yayının. Uğur qazanacağınıza şübhəniz olmasa da, kəskin rəqabət mübarizəsinə rəvac verməyin.(milli.az)
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...