“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 finalı başa çatıb

02:21 12-12-2020 | icon 4120
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 finalı başa çatıb

Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir. İctimai Televiziyada yayımlanan buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8 final oyunlarının son yarışında mübarizə aparıblar.

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19 testindən keçməlidir.

 

Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik” kuboku uğrunda mübarizə aparır. Yarışı hər həftənin cümə günü saat 22:00-də İctimai Televiziyada izləmək mümkündür.

“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə burada tanış ola bilərsiniz


Digər xəbərlər

0.26793313026428