Azərbaycanda hərbi vəziyyət ləğv edildi

02:40 12-12-2020 | icon 2613
Azərbaycanda hərbi vəziyyət ləğv edildi

Azərbaycanda hərbi vəziyyət ləğv edilib.

Milli Məclisin dekabrın 11-də keçirilən iclasında Prezident İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılıb. Hərbi vəziyyətin ləğv edilməsi haqqında qərar səsə qoyularaq qəbul edilib.

 

Xatırladaq ki, ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar sentyabrın 27-də qəbul edilmişdi.


Digər xəbərlər

0.24907207489014