İctimai nəqliyyatın fəaliyyəti 2 günlük dayandırıldı

02:41 12-12-2020 | icon 2481
İctimai nəqliyyatın fəaliyyəti 2 günlük dayandırıldı

Bu gündən dekabrın 14-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 2020-ci il 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

 

Qərara əsasən, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyəti də 2021-ci il 31 yanvar saat 06:00-dək dayandırılıb.


Digər xəbərlər

0.25968503952026