Bakı metrosunun “8 Noyabr” stansiyasının lövhəsi vurulub
"Bakı Metropoliteni" QSC-nin Bakı şəhəri, Ceyhun Səlimov küçəsində yerləşən yeni metrostansiyasına “8 Noyabr” lövhəsi vurulub.
Bu barədə qurumdan bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.
Qeyd edək ki, “8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin). Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən "Bənövşəyi xətt" bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək uzanacaq. Bu xəttin digər özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.
Bu xəttin üzərində 12 stansiya olacağı nəzərdə tutulub. "Bənövşəyi xətt"in ilk stansiyası (şərti olaraq B-1) Bakı Beynəlxalq Avtovağzalında işə düşüb, sonrakı stansiya B-2 və ya “Memar Əcəmi-2” stansiyasıdır. Adından göründüyü kimi, bu stansiya keçid stansiyasıdır, yəni onun vasitəsilə «Bənövşəyi xətt»in sərnişinləri «Memar Əcəmi» stansiyası vasitəsilə hazırda mövcud olan «Dərnəgül - Xətai» xəttinə keçə bilərlər.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...