Mariya Stadnik Dünya Kubokundan imtina etdi
Qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokuna az idmançı ilə yollanmasının səbəbi açıqlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq federasiyadan məlumat verilib.
Qurum daha əvvəl yığmanın məşqçisi Rövşən Umudovun koronavirusa yoluxduğunu xatırladıb: "Bundan sonra təhlükəsizlik üçün komandanın məşqlərini saxlamaq məcburiyətində qaldıq. Məşq keçirilmədiyi müddətdə güləşçilərin fərdi şəkildə hazırlaşıb Dünya Kuboku kimi yarışda uğurlu çıxış etməsi mümkünsüz kimidir. Bu səbəbdən əvvəldən nəzərdə tutulan siyahıda ixtisar etməli olduq. Belə qərara gəldik ki, Bakıda təlim-məşq toplanışı keçən yığma üzvləri yarışa getməsin. Ölkə xaricində hazırlıq prosesi keçənlərə şans verildi".
59 kq-da çıxış edən Elmira Qəmbərovanın Rusiyada yaşadığı, lakin zədə ucbatından yarışa gedə bilmədiyi vurğulanıb: "Onun əvvəldən iştirakı nəzərdə tutulmamışdı, adı siyahıda yox idi. 50 kq-da Türkan Nəsirova, 53 kq-da Tatyana Varansova, 72 kq-da Gözəl Zutova, 76 kq-da isə Sabirə Əliyevanın adı təxminən bir ay əvvəl verilmişdi. Daha sonra isə bu idmançıların adı ilkin siyahıdan çıxarıldı".
Azərbaycanın titullu güləşçisi Mariya Stadnik (50 kq) isə Dünya Kubokunda iştirak etmək istəməyib.
Qeyd edək ki, Azərbaycanı Fərdi Dünya Kubokunda Tatyana Omelçenko (62 kq), Alyona Kolesnik (57 kq) və Elis Manolova (65 kq) təmsil edir.
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...