Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb
Dekabrın 9-da Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycana səfər edən xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə - Füzulidə, Ağdamda, eləcə də ən çox raket hücumuna məruz qalan Tərtərdə olublar.
Xarici jurnalistlər ermənilərin törətdiyi vəhşiliklə yerində tanış olublar. Məcburi köçkünlərlə görüşərək gerçəkləri həm də işğal hadisələrinin canlı şahidlərinin dilindən eşidiblər.
Dekabrın 12-də Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizə səfər edən xarici jurnalistləri qəbul edib və onların suallarını cavablandırıb.
H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti və son vəziyyətlə bağlı əcnəbi jurnalistləri məlumatlandırıb.
Prezidentin köməkçisi xüsusilə ermənilərin mədəni və mənəvi sərvətlərimizə vurduğu ziyan barədə danışaraq nə zamansa maddi müstəvidə dəyən zərərin bərpa olunacağını, ancaq maddi və mədəni zərərin çətin sağalacağını deyib.
Hikmət Hacıyevlə görüşdə Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlı, əcnəbi jurnalistlər Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanya),Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazit (GJC) iştirak edib.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...