Suraxanı sakinləri yolların bərbad olmasından şikayətçidir

01:20 15-12-2020 | icon 1912
Suraxanı sakinləri yolların bərbad olmasından şikayətçidir

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlər tərəfindən yollarının bərbad vəziyyətdə olması ilə bağlı şikayət daxil olub.

Redaksiyamıza daxil olan şikayətdə sakinlər qeyd edib ki, adsız, xalq arasında “sağa gedən yol” kimi tanınan yol keçilməz olub. Xüsusilə qış aylarında yağıntı olan kimi günlərlə insanlar əziyyət çəkir: “Bu yaxınlarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və rayon rəhbərliyi ərazidə olduqlarından, yolun vəziyyətindən xəbərdardırlar. Vəd verilib ki, yol təmir olunacaq. Amma hələ ki, səs-soraq yoxdur: “İcra başçısı söz versə də əməl etmədi””.

Şikayətçilər bildirir ki, təcili yardım çağıranda belə maşın gələ bilmir. İllərdir ki, bu acınacaqlı vəziyyət davam edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq yol ilə maraqlanan yoxdur. Küçənin adı belə olmadığı üçün ünvan da bilinmir.

Məsələ ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin məsələ ilə bağlı məsul şəxslər tərəfindən mütəmadi olaraq sakinlərlə görüşlər keçirilib:

“Sözügedən məsələ tərəfimizdən nəzarətə götürülüb. Artıq bununla bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə (AAYDA) müraciət olunub. 2021-ci il ərzində problemin aradan qaldırılması nəzərdə tutulub. Həmin ərazidə yolların çəkilməsi ilə bağlı məsələ öz həllini tapacaq”.(report)


Digər xəbərlər

0.45939302444458