Günün ulduz falı: 15 dekabr, 2020 -  emosional fon əlverişli deyil

01:30 15-12-2020 | icon 3800
Günün ulduz falı: 15 dekabr, 2020 -  emosional fon əlverişli deyil

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Qıcıqlanmağınıza və stress durumuna düşməyinizə heç bir səbəb yoxdur. Günün ikinci yarısında maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəyindən artıq pul xərcləməyin.

Buğa - Gəlirlər çox azdır. Köç və alış-veriş üçün əlverişli zaman deyil. İstənilən təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünüb-daşının. Təklifin mənfi və müsbət yönlərini dəyərləndirin.

Əkizlər - Mənfi təmayüllərin təsiri güclü olsa da, bədbinliyə qapılmayın, ruhdan düşməyin. Əvvəllər başladığınız işi mütləq başa vurun.

Xərçəng - Problemlərin istisnasız olaraq hamısının səbəbkarının özünüz olduğunu düşünməyin. Əhvalınızı yüksəltmək üçün mütləq şəkildə səbəb və vasitə tapın.

Şir - Nikbin olmalısınız ki, ağır işlərin öhdəsindən gələ biləsiniz. Tənha qaldığınızı düşünməyin, spontan və impulsiv addım atmayın. Yaşamınızda ciddi dəyişikliklərin ərəfəsidir. Hadisələrin axarını süni şəkildə dəyişməyə çalışmayın.

Qız - Müqavilə, anlaşma, yeni sifarişin qəbulu və ya layihə üçün əlverişli gün deyil. Küçədə ehtiyatlı olun. Qiymətli əşyanın itirilməsi, oğurluq ehtimalı var.

Tərəzi - Günün emosional fonu əlverişli deyil. Ən adi hadisələri bədbin məcrada görürsünüz.

Əqrəb - Yaxınlarınızla mübahisə etməyin, ailədə münaqişə yaratmayın. Yaxınlarınızdan tam anlayış gözləyir, amma özünüz yalnız fərdi mövqeyinizin absolyut həqiqət olduğunu düşünürsünüz.

Oxatan - Dövlət qurumlarının nümayəndələri ilə təmaslar, məmurlarla ünsiyyət məsləhət deyil. Axşam saatlarında normal istirahətə vaxt tapın.

Oğlaq -  Əntiqə gündür, narahatlıq, təlaş üçün heç bir ciddi səbəb yoxdur. Başqasının əhvalına həddən ziyadə həssas olmayın. Belədə energetik vampirin qurbanına çevrilməklə yanaşı, bədxahın əlində oyuncağa çevrilə bilərsiniz.

Dolça - Təmasları məhdudlaşdırın. Günün ikinci yarısında ev işlərini yada salın.

Balıqlar - Dəvət aldığınız yerə qatılın. Kiçik səfərlər pis olmaycaaq. Yolda xoş tanışlıq istsina deyil. Axşam saatları alış-veriş üçün münasibdir.(milli.az)


Digər xəbərlər

0.25218415260315