"ADY Express" ixrac rejimində polipropilen yüklərin nəqlini davam etdirir
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Express” MMC Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen məhsulunun ixrac rejimində Qazaxıstana nəqlini davam etdirir.
Bu barədə “ADY Express”dən bildirilib.
Məlumata görə, yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstana nəql edilir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1 202 kilometr yolu 6 günə qət edir. Marşrut boyu daşımanı "ADY Express" həyata keçirir.
"2020-ci ilin avqust ayında test rejimində bu yüklərin ilk partiyasının nəqli zamanı, qeyd olunan marşrut effektivliyini göstərib. Uğurla keçən test daşıma, layihənin davamlı olacağına əminlik yaratmışdır. Artıq bu marşrutla "ADY Express" 1 354 ton polipropilen yükünü Qazaxıstana çatdırmağa müvəffəq olub. Prosses davam etdirilir", - açıqlamada qeyd olunub.
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...