“Qalatasaray” bir qolla növbəti mərhəldə

06:23 16-12-2020 | icon 2600
“Qalatasaray” bir qolla növbəti mərhəldə

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.

Bu mərhələdə cütün qalibi bir oyunda müəyyənləşir.

İlk oyun günündə beş qarşılaşma baş tutub. Super Liqa təmsilçilərindən “Kasımpaşa” “Muğlaspor”u, “Rizəspor” “Əskişəhərspor”u, “Yeni Malatyaspor” isə “Hekimoğlu Trabzon”u böyük hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib. “Göztəpə” isə “Bursaspor”la gərgin keçən oyunda məğlub olaraq mübarizəni dayandırıb. “Qalatasaray” da “Darıca Gənclərbirliyi” səddini bir qolla keçib.

Türkiyə kuboku
1/16 final
15 dekabr

Kasımpaşa – Muğlaspor 5:0
Rizəspor – Əskişəhərspor 3:0
Yeni Malatyaspor – Hekimoğlu Trabzon 5:0
Göztəpə – Bursaspor 4:5
Qalatasaray – Darıca Gənclərbirliyi 1:0

 

 

Digər xəbərlər

0.28893494606018