Dünya Kuboku: Sərbəst güləşçimiz yarımfinala yüksəldi
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.
92 kq çəki dərəcəsində çıxış edən idmançı ilk iki görüşündə ardıcıl olaraq Strahinya Despiç (Serbiya) və Alexandro Pankorbonu (İspaniya) məğlub edib. O, finala gedən yolda Georgi Rubayevin (Moldova) müqavimətini qırmağa çalışacaq.
57 kq-dakı İslam Bazarqanov 1/8 finalda Andrey Yatsenkoya (Ukrayna), Camaləddin Məhəmmədov (125 kq) 1/4 finalda Robert Barana (Polşa), Gitinoməhəmməd Hacıyev (70 kq) Haydar Yavuza (Türkiyə) uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə, təsəlliverici görüşdə iştirak edəcəklər.
Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) təsəlliverici qarşılaşmada Laura Mertensə (Almaniya) qalib gəlib. Kolesnik bu gün bürünc medal uğrunda Veronika Çumikova (Rusiya) ilə güləşəcək. 65 kq-dakı Elis Manolova isə bürünc medal üçün türkiyəli Aslı Demirhanla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...