Qadın güləşçimiz Dünya Kubokunda bürünc medal qazandı

23:43 16-12-2020 | icon 2600
Qadın güləşçimiz Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib - 4:0.

Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika Çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.


Digər xəbərlər

0.32143688201904