Azərbaycanda koronavirusa 4 124 yeni yoluxma qeydə alınıb, 38 nəfər vəfat edib

01:25 18-12-2020 | icon 2433
Azərbaycanda koronavirusa 4 124 yeni yoluxma qeydə alınıb, 38 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, bu günə qədər isə ümumilikdə 2 016 003 test icra olunub.

 

Digər xəbərlər

0.21531510353088