Azərbaycan Premyer Liqasında bir dəqiqəlik sükut

17:58 18-12-2020 | icon 2277
Azərbaycan Premyer Liqasında bir dəqiqəlik sükut

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

O, cari turu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT turu” elan etdiklərini xatırladıb: "Oyunlardan əvvəl şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Komanda matçlara xüsusi plakatlarla çıxacaqlar".

Həmin Fərmana əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” fondu) yaradılıb. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər.

Qeyd edək ki, Premyer Liqada XII tur dekabrın 20-də olacaq.


Digər xəbərlər

0.24243211746216