Hacı Əliyev: "Ötən il hakimlərin uduzdurduğu rəqibə asanlıqla qalib gəldim"
Azərbaycan sərbəst güləşçisi, üçqat Avropa və dünya çempionu Hacı Əliyevin müsahibəsi
- Serbiyanın paytaxtı Belqradda dünən başa çatan Fərdi Dünya Kubokunda bürünc medal qazandınız. Əvvəlcə təəssüratlarını bilmək maraqlı olardı...
- Bura gələndə məqsədimiz yaxşı güləşmək, çıxış etmək idi. İstər qızıl, istər gümüş, istərsə də bürünc olsun, medalın fərqi yoxdur.
- Turnirdə ilk görüşünüzü rusiyalı Hacımurad Rəşidova qarşı keçirdiniz. Bu qarşılaşma maraqla gözlənilirdi. Çünki 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında bu rəqiblə görüşünüz qalmaqalla yekunlaşmışdı. Xalçaya hansı hisslərlə çıxmışdınız?
- Təbii ki, müəyyən hisslər var idi. Ən vacibi odur ki, rusiyalı dünya çempionunu məğlub etdim. Ötən il hakimlər məni bu rəqibə uduzdurmuşdular. Bu dəfə isə ona çox asanlıqla, cəmi bir dəqiqə ərzində qalib gəldim.
- Qızıl medal qazana bilməməyinizi nə ilə izah edərdiniz?
- Bilirsiniz ki, uzun müddətdir yarışlar keçirilmirdi. Təlim-məşq toplanışlarımız olmurdu. Koronavirus pandemiyasına görə xeyli geri düşdük. 1 ilə yaxındır güləşmirdim. Fikrimcə, uzun müddətdən sonra bürünc medal qazanmaq yaxşı göstəricidir.
- Azərbaycan Güləş Federasiyası bürünc medal görüşünə zədəli halda çıxdığınızı açıqlayıb...
- Bəli, Qırğızıstan idmançısı ilə 1/4 final görüşündə zədələnmişdim. İki qabırğamda çat var. Zədəli vəziyyətdə yarımfinal görüşünə çıxdım. Məğlub olsam da, yaxşı güləşdim. Bürünc medal uğrunda qarşılaşmada iştirak etmək üçün iki qabırğama ağrıkəsici iynə vurdular. Amma demək olar ki, heç bir təsiri olmadı. Görüş zamanı ağrıdan əziyyət çəkdiyimi hamı gördü.
- Mükafatlandırma mərasiminə çıxmamağınız zədə, yoxsa qızıl medal qazanmış erməni güləşçi ilə eyni kürsünü bölüşməməklə bağlı idi?
- Təbii ki, zədə ilə bağlı idi. Görüşdən dərhal sonra xəstəxanaya yerləşdirildim. Orada növbəti dəfə müayinədən keçdim. Bir sözlə, vuruşa-vuruşa son görüşdən qalib ayrıldım. Sevinirəm ki, medalsız qalmadım. İnanıram ki, olimpiadada daha yaxşı nəticə göstərəcəyəm.(report)
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...