Günün ulduz falı: 21 dekabr, 2020 - bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - çox nadir rast gəlinən stabil emosional fona malik gündür. Yaşananlara rəğmən sakit, soyuqqanlı olun. Məntiqli davranın, baş verənlərə təmkinlə reaksiya verin.
Buğa - çoxdan bəri həllini gözləyən və sizi narahat edən müşkülün çözümü üçün əlverişli zamandır. Günün ikinci yarısında qohumların dəstəyinə ehtiyac var.
Əkizlər - zəruri güc, qüvvə və dəstəyi ailədə tapacaqsınız. Ev işləri ilə məşğul olun. Belədə yaxşı ideyalar yarana bilər.
Xərçəng - istənilən formada hiyləgərlik və intriqa ilə müqayisədə səmimiyyətlə aşkarlığın daha güclü olacağı gündür. Bədxahlarla rəqiblərə qarşı aqressiv olmayın. Bir sıra çətinlikləri birlikdə dəf edəcəyiniz yeni dostlarınız ola bilər.
Şir - dəvət aldığınız tədbirə yollanın. Ünsiyyəti məhdudlaşdırmayın. Orijinal, hətta ekstravaqant davrana bilərsiniz. İndiki fəaliyyətinizin bəhrəsini az sonra görəcəksiniz. Əməklərinizə görə dərhal mükafat alacağınızı düşünməyin.
Qız - çalışdığınız sahədə və ya işdə fikir ayrılıqları ola bilər. Rəhbərlik və ya sifarişçi ilə mübahisə istisna deyil. Vaxtında güzəştə getməyi bacarın ki, fəaliyyətinizin mənfi nəticələri olmasın.
Tərəzi - şərik, həmkar və ya tərəfdaşla mübahisələr yaşana bilər. Günün ikinci yarısında mövqeyinizi qorumaq, müdafiə etmək asan olmasa da, bu işin öhdəsindən gəlin.
Oxatan - əlverişli emosional fona malik gündür. Əhvalınız xoş olacaq. Dostlarla görüş, yeni planların hazırlanması, fərqli istiqamətin bəlirlənməsi üçün yaxşı zamandır.
Oğlaq - qarşılaşacağınız insanla bağlı tələsik qərar verməyin. İlk təəssürat aldadıcı ola bilər. Axşam saatlarında normal istirahət edin.
Dolça - Pərişan olan, ruhdan düşənlərə ürək-dirək verin. Çətin vəziyyətə düşənə yardım edin. Sizi maraqlı görüş gözləyir.
Balıqlar - səfər, səyahət, şəraitin dəyişdirilməsi, köç üçün əlverişli zamandır. Dayanmayın, hərəkət edin. İradəli olun. Əldə etdiyiniz nailiyyətlə kifayətlənməyin Yaxın ətrafınızdakı insanları ruhlandırın.(milli.az)
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...