AMADA 4 il ərzində aşkarlanan qayda pozuntularının sayını açıqladı

22:20 22-12-2020 | icon 2447
AMADA 4 il ərzində aşkarlanan qayda pozuntularının sayını açıqladı

AMADA 4 il ərzində 80 antidopinq qayda pozuntusu aşkarlayıb.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 4 627 dopinq testi götürülüb.

2020-ci ildəki test sayı isə 1 087-dir. Bunlardan 75-i beynəlxalq sifarişlər əsasında olub. 1 012-si ilə milli test proqramı çərçivəsində gerçəkləşib.

AMADA bu il 24 antidopinq qayda pozuntusu ilə əlaqədar araşdırma aparıb. Onlardan 17-si analitik, 7-si isə qeyri-analitik nəticələr əsasında araşdırılıb.

24 qayda pozuntusu 11 idman növündə olub. Bunlardan 4-ü boksda, 3-ü ağırlıqqaldırma, cüdo, taekvondo və karatedə, 2-si velosiped idmanı və güləşdə qeydə alınıb. Futbol, paracüdo, atletika və sambo ilə bağlı isə bir araşdırma aparılıb.

 
 

Digər xəbərlər

0.23489904403687