Məktəb direktoruna özünə ad günü keçirdiyinə görə şiddətli töhmət verilib

22:23 22-12-2020 | icon 2546
Məktəb direktoruna özünə ad günü keçirdiyinə görə şiddətli töhmət verilib

Sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər yayılıb.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


Digər xəbərlər

0.28002905845642