SON DƏQİQƏ: Azərbaycanda vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!

00:27 23-12-2020 | icon 2373
SON DƏQİQƏ: Azərbaycanda vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!

“Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.

 

Digər xəbərlər

0.21643900871277