Qəzada ölən tələbənin bu ay toyu olacaqdı

12:07 10-03-2017 | icon 917
Qəzada ölən tələbənin bu ay toyu olacaqdı
loading...

Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı həlak olan tələbə Roza Muradovanın atasının bu xəbəri eşitdikdən sonra infarkt keçirərək vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova bildirib ki, yayılan məlumatlar doğru deyil. 

SDU-nun rəsmisi qeyd edib ki, ötən gün universitet rəhbərliyi yas mərsimində iştirak edib və tələbənin atası orada olub.

N.Cəlilovanın sözlərinə görə, Bakı-Sumqayıt yolunda baş verən mikroavtobus qəzası zamanı həlak olan tələbə Roza Muradova nişanlı olub və bu ay onun toyu olacaqdı.

E.Ə.


Digər xəbərlər

0.22135496139526