"Neftçi" "Keşlə"yə qalib gəlib, qış çempionu oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tur başa çatıb.
2020-ci ilin son turuna "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulub. Paytaxt derbisində 2:1 hesablı qələbə qazanan "ağ-qaralar" qış fasiləsinə lider kimi yollanıb.
İlk hissəsi qolsuz bitən matçda hesab ikinci yarıda açılıb. Meydan sahiblərinin heyətində Mirabdulla Abbasov fərqlənib. Amma "ağ-qaralar"ın sevinci cəmi 3 dəqiqə çəkib. Rəhman Hacıyev uzaq məsafədən vurduğu mükəmməl qolla tarazlığı bərpa edib. 80-ci dəqiqədə Abbasov dubl edərək, komandasına vacib xallar qazandırıb.
Beləliklə, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Neftçi" liderliyini qoruyub. "Keşlə" isə ili 13 xalla 7-ci sırada başa vurub.
Qeyd edək ki, bu gün keçirilmiş digər oyunlarda "Qarabağ"a "Zirə"yə 3:2, "Qəbələ" "Səbail"ə 3:1, "Sabah" isə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Neftçi | 13 | 7 | 5 | 1 | 15-14 | 24 |
2 | Qarabağ | 12 | 6 | 5 | 1 | 31-10 | 23 |
3 | Zirə | 13 | 5 | 5 | 3 | 16-14 | 20 |
4 | Sumqayıt | 13 | 4 | 4 | 5 | 16-20 | 16 |
5 | Qəbələ | 13 | 3 | 6 | 4 | 13-20 | 15 |
6 | Səbail | 12 | 3 | 4 | 5 | 14-16 | 13 |
7 | Keşlə | 13 | 3 | 4 | 6 | 13-20 | 13 |
8 | Sabah | 13 | 4 | 1 | 8 | 13-17 | 13 |
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...