Günün ulduz falı: 25 dekabr, 2020 - intuisiyanıza güvənin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - çoxsaylı problemlər yaratmamaq üçün başqalarının təcrübəsindən də yararlana bilərsiniz. Yeni romantik münasibətlərə başlamaq və ya əvvəllər kəsdiyiniz təmasları bərpa etmək üçün yaxşı zamandır.
Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi rəvan qurun. Layiq olmayan insanlara inanmayın, onlara etibar etməyin. Səy göstərsəniz, bədxahınızı və sizə mane olmaq, böhtan atmaq istəyən şəxsi ifşa edə bilərsiniz.
Əkizlər - əks cins mənsubu ilə fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında yaranacaq münaqişəni dərhal həll edin.
Xərçəng - ən kiçik çətinlikləri ürəyinizə salmayın. Xırda müşküllərə görə əhvalınızı pozmayın. Yaxşı əhvalınızı qoruyun. Bu, ilk baxışdan göründüyü kimi çətin deyil.
Şir - ideyalarınızı könüllü paylaşa bilərsiniz. Layihənizin reallaşdırılmasında sizə yardım edəcək insanla tanış olacaqsınız. Çalışdığınız sahədə təşəbbüskar olun. Hətta ən cəsarətli və ilk baxışdan absurd ideyalarınız dəstək ala bilər.
Qız - gəlir istisna deyil. Günün ikinci yarısı alış-veriş üçün əlverişli zamandır. Şəxsi münasibətlər baxımından ən əlverişli zaman deyil.
Tərəzi - yaxınlarınızla təmaslarda həssas və diqqətli olun. Ehtiyac yarananda kompromisə gedin. Ən adi ev işləri çox çətin təsir bağışlaya bilər. Yardım təklifi alanda aqressiv cavab verməyin.
Oxatan - intuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil.
Oğlaq - bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər. Əməksevər və sürətli olun.
Dolça - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə stress və sürprizlər olacaq. Dostlar və həmkarlar indi sizdən sui-istifadə etməyə çalışırlar. Hadisələrlə xəbərlərin intensivliyi artır. Daxili gərginlik səviyyəsini aşağı salın.
Balıqlar - günün əksər hissəsi kursu bilinməyən dövrdür. Mühüm işləri təxirə salın. İşgüzarlıq lazımi səviyyədə olmalıdır. Yaşam arealı və çalışdığınız sahədə qayda yaradın.(milli.az)
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...