DİN-in Nardaranda inzibati binası açıldı - Foto

02:15 25-12-2020 | icon 2601
DİN-in Nardaranda inzibati binası açıldı - Foto

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Xətai rayounda Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib.

DİN-dən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib. 

 

Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.

O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

 

 

Digər xəbərlər

0.29471302032471