“Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb” - Qurban Qurbanov

02:58 25-12-2020 | icon 2506
“Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Ağdam klubunun çalışdırıcısı 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

 

“Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oynayır. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir. Özü hər zaman oyunçu olanda cavanları məşqdə özü üçün seçirdi. Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb. Onun futbolçu kimi böyük faydası olub, düşünürəm ki, məşqçi kimi də elə olacaq.

Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Matçın gedişatı elə idi ki, “Zirə” 4:0 hesabı ilə də qələbə qazana bilərdi. Uduzan komanda irəli atılanda boşluqlar olur. İnam isə həmişə var. Daim qələbəyə ümid olur. 2:0-dan oyunu çevirmək asan deyil. Qırmızı vərəqə də oyuna təsir etdi”.


Digər xəbərlər

0.27918601036072