Binəqədidə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirildi - Fotolar
Binəqədi rayonundaAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti YaşıllaşdırmaTəsərrüfat Birliyinin dəstəyi ilə Dərnəgül Yaşayış Massivi ərazisində ölkədə tətbiq olunan karantin rejimi qaydalarınauyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Bakı Şəhərİcra Hakimiyyəti və RİH başçısı Aparatının məsuləməkdaşları, YAP Binəqədi Rayon təşkilatının rəhbərliyi iştirak edib.
"Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləcəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanınərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik, - deyə bildirilib.
İctimaiyyət nümayəndələri ümumilikdə 3000-dən çox müxtəlif növ ağac əkiblər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...