Hacı Əliyev karyerasını bitirə bilər
Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyev 2021-ci ildə karyerasını başa vura bilər.
Bu barədə 29 yaşlı idmançı müsahibəsində məlumat verib.
65 kq çəki dərəcəsində çıxış edən Əliyev Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında sonra karyerasını bitirə biləcəyini vurğulayıb: "Bu baradə tam olaraq heç nə bilmirəm. Amma qismət olsa, olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram. Olimpiya çempionluğundan sonra idmanı dayandıra bilərəm. Apreldə 30 yaşım olacaq. Düşünürəm ki, yaşım da böyük idman üçün çoxdur. Dünyada 21, 22 və 25 yaşda istedadlı, gənc idmançılar yetişir. Onların enerjilərinin, güclərinin qarşısında dayanmaq çətin məsələdir. Olimpiya çempionu olsam, idmanı qalib şəkildə buraxa bilərəm".
Qeyd edək ki, Hacı Əliyev 2014, 2015 və 2017-ci illərdə dünya, 2014, 2018 və 2019-cu illərdə Avrop çempionu olub. 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan sərbəst güləşçi, 2019-cu ildə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının qalibi olub.(report)
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...