Günün ulduz falı: 28 dekabr, 2020 - hətta çox perspektivli təsir bağışlayan işlər sizə gözlənilən gəliri verməyəcək
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - uğurlu və münasib gündür. Yeni layihələrə başlamaq, mühüm danışıqlara qatılmaq, potensial tərəfdaşlar və sifarişçilərlə müzakirələr aparmaq olar. Qarşınızda yeni perspektivlər açılır.
Buğa - yeni planlar yaradıcılıq potensialınızın daha parlaq şəkildə reallaşmasına təkan verəcək. Səyahət və səfərlər üçün münasib vaxtdır. Yeni təəsüratlar pozitiv, emosiyalar yaxşıdır. Romantik tanışlıq ola bilər.
Əkizlər - gün uğurlu olacaq. Başladığınız işləri ən yaxşı şəkildə başa vurmağa çalışın. İşlərinizdə qayda yaratmaqla yanaşı, yardıma ehtiyacı olan insana kömək edin.
Xərçəng - ən cəsarətli layihələrin reallaşdırılmasına başlamaq olar. Çəkinməyin, irəliləyin. İşdə sizə kömək ola biləcək insanla qarşılaşacaqsınız. Həmin adamda xoş təəssürat yaratmağa çalışın.
Şir - yaxınlarınızla münasibətlərdə həssas olun, sevdiyiniz insanın qayğısına qalın. Yeni tanışlıqlar asanlıqla yaranır. Təmaslarda diqqətli olun. Ləyaqətsiz insanlarla əlaqə qurmayın.
Qız - ağır problem yarana bilər. Müşkülün öhdəsindən gəlin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi korlamayın, səbrli və diqqətli olun. Çətinliklərinizlə baş-başa qalmayın.
Tərəzi - hətta çox perspektivli təsir bağışlayan işlər sizə gözlənilən gəliri verməyəcək. Əvəzində şəxsi münasibətlərdə irəliləyiş olacaq.
Əqrəb - belə problem həllini tapmazsa və zəruri tədbirlər görülməzsə, ciddi münaqişə yarana bilər. Alış-veriş, sərmayə yatırmaq məsləhət deyil.
Oxatan - yaxın ətrafınızdakı insanların, qohumların və dostların dəstəyinə bel bağlamayın. Sözsüz, onlar sizə kömək etmək istəyirlər. Di gəl, onlardan nə istədiyinizi dəqiq bilmirlər.
Oğlaq - sürəkli çətinliklər yaranır və onların dəf olunması böyük qüvvə tələb edir. Baş verənlərə rəğmən ruhdan düşməyin, geri çəkilməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Dolça - əvvəlki vaxtlarla müqayisədə ev işləri daha çoxdur. Nə etmək gərəkdiyini yaxşı bilin, çaş-baş qalmayın. Gəlirlər olacaq. Amma onlar gözlədiyiniz qədər böyük deyil. Günün ikinci yarısında əhvalınız pisləşə bilər.
Balıqlar - başladığınız işləri tamamlamamış yeni işlər planlaşdırmayın. Çalışdığınız məkanda problemlər yarana bilər. Ətrafınızdakı insanlar təşəbbüslərlə çıxış etməyinizə alışıblar. Çətin situasiyalarda lider olun. Tənbəllik etməyin, ətalətə qapılmayın.(milli.az)
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...
-
Sabahdan Ramazan tətili başlayır
...